Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada koronavirusa yoluxanların sayı 9,6 milyonu keçdi

Dünyada koronavirusa yoluxanların sayı 9,6 milyonu keçdi

Tarix: 26 Iyun 2020 03:28

Bakı. Trend:

Dünyada koronavirusa yoluxma halların sayı sutkada 16,8 mindən çox artaraq 9,68 milyonu keçib. Ölənlərin sayı 5 min nəfər artaraq 488 mini keçib.

Trend-in məlumatına görə, ötən sutka ərzində 168 977 nəfər yeni koronavirusa yoluxub, 5 003 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 9 689 795, ölənlərin isə 488 962 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 4 437 946 yoluxma və 224 207 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 562 642, ölənlərin sayı isə 193 794 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 933 052 yoluxma və 20 997 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  Dünyada koronavirusa yoluxanların sayı milyonu keçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ