Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Toy eləmirdik, telefondan mahnılar qoşmuşduq'' - Zərdabdakı məclisin sahibləri

''Toy eləmirdik, telefondan mahnılar qoşmuşduq'' - Zərdabdakı məclisin sahibləri

Tarix: 26 Iyun 2020 13:16

Xəbər verdiyimiz kimi karantin rejimi ilə bağlı məhdudiyyətlər tətbiq edilməsinə baxmayaraq, Zərdab rayonun Alıcanlı kəndində 25 nəfərə yaxın şəxs toplaşaraq toy məclisi təşkil edilib.

Sonxeber.net xəbər verir ki, məsələ ilə bağlı toyu olan Cavid adlı bəyin yeznəsi Zaur Talıbov "ölkə.az"a danışıb. O, bildirib ki, məclis ailə arasında bir neçə nəfərin iştirakı ilə baş tutub.

"Məsələni bir az şişirdiblər, biz məclis keçirməmişik. Sadəcə, kimlərsə bunu nəyinsə qarşısını almaq, özünü göstərmək üçün şişirdiblər. Mən bu işlərə qarışmaq istəmirəm. Qohum qadınlar 10-15 nəfər yığılıb, bir az musiqi səslənib. Bizim məclis keçirmək niyyətimiz olmayıb. Heç burada yemək süfrəsi də açılmayıb. Toy eləmirdik, telefondan mahnılar qoşmuşub oynamışıq. Planlı heç nə etməmişik. Video çəkən də qonşu idi, sadəcə kamerası olduğu üçün dedik gəl, maşından düşəndə bəylə-gəlini çəkərsən.  Burada heç bir qanunun pozuntusundan söz gedə bilməz, çünki məclis ailə arasında bir-neçə nəfərin iştirakı ilə baş tutub. Biz böyük bir məclis təşkil etməmişik, sadəcə 10-12 nəfər yığılaraq bunu qeyd etmişik.

Qeyd edək ki, məclisdə iştirak edən 14 nəfər Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokollar tərtib edilərək məhkəmənin qərarı ilə 100 manat miqdarında cərimə ediliblər.


Etiketlər:  eləmirdik telefondan mahnılar qoşmuşduq Zərdabdakı məclisin sahibləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ