Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO)

Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO)

Tarix: 27 Iyun 2020 16:48

Bakı. Trend:

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə heyətinin sədri Səkinə Babayeva Türkiyədə “İlin mükafatı”na layiq görülüb.

Trend-in məlumatına görə, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının İdarə Heyətinin qərarı ilə bu mükafatla təltif edilən Səkinə Babayeva eyni zamanda Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri doktoru seçilib. Türk dünyası mədəni-iqtisadi əlaqələrinə verdiyi töfhələrə və Türkiyə-Azərbaycan arasında qardaşlıq əlaqələrin inkişafındakı xidmətlərinə görə, "İlin iş adamı" nominasiyası və qızıl medal AQSİA-nın İdarə heyətinin sədrinə TDAUİA-nın Mükafat Komitəsinin nümayəndəsi tərəfindən təqdim edilib.

Qeyd edək ki, ötən illərdə Azərbaycanın bir neçə görkəmli ictimai xadim və elm xadimi də - akademik, Əməkdar elm xadimi, Milli Aviasiya Akademiyasının rektoru Arif Paşayev, akademik, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktoru Cəmil Əliyev , AMEA-nın həqiqi üzvü , Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezident Xoşbəxt Yusifzadə, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının keçmiş sədri Arif Mehdiyev, Əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş prezidenti Akif Əlizadə - sözügedən mükafata layiq görülüb.

Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO) - Gallery Image Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO) - Gallery Image Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO) - Gallery Image Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO) - Gallery Image Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu (FOTO) - Gallery Image


Etiketlər:  Səkinə Babayeva Türkiyənin fəxri doktoru oldu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ