Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyun 2020 17:44
Bakı. Trend:
Dünya Bankı Ukranaya 350 milyon dollar kredit ayıracaq.
Trend-in məlumatına görə, vəsait ölkənin iqtisadi bərpasının dəstəklənməsinə yönəldiləcək.
Bankdan bildiriblər ki, həmin məbləğ ölkədə torpaq və kredit bazarlarının möhkəmləndirilməsinə, antikorrupsiya təşkilatlarının dəstəklənməsinə, eləcə də əhalinin, xüsusilə də yaşlı insanların COVID-19 pandemiyası fonunda sosial müdafiəsi sisteminin gücləndirilməsinə sərf olunacaq.
Xatırladaq ki, bu ayın əvvəlində Ukrayna Avropa Komissiyasından iqtisadi dəstək məqsədilə 500 milyon avro məbləğində kredit almışdı.