Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni doğulan uşaqlar koronavirusa necə yoluxur?

Yeni doğulan uşaqlar koronavirusa necə yoluxur?

Tarix: 27 Iyun 2020 19:57

İngiltərədə aparılan araşdırmaya görə, COVID-19-a yoluxan hamilələrdən doğulan 6 körpədə koronavirus aşkarlanıb.

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, dövlət dəstəyi ilə həyata keçirilən, 1 mart-14 aprel aralağında aparılan bir araşdırma əsasında koronavirusa yoluxan 427 hamilə ana xəstəxanaya yatırılaraq izlənib. Araşdırma əsasında xəstəxanada doğuş keçirən 247 qadından 6-nın körpəsində dünyaya gələndən sonrakı ilk 12 saat içində koronavirus təsbit edilib. Doğulan uşaqların hansı yolla virusa yoluxduqları istiqamətində daha bir araşdırma aparılıb. Mütəxəssislər bildirib ki, virusun ana südü ilə yoluxmasına dair ortada heç bir dəlil yoxdur. Onlar qeyd edib ki, bilinən tək şey infeksiyanın tənəffüs damcılarında olmasıdır.

Oksford Universitetində ötən ay aparılan bir araşdırmaya görə, İngiltərədə koronavirusa yoluxandan sonra xəstəxanaya yerləşdirilən ən azı beş hamilə ölüb.

Qeyd olunub ki, ümumiyyətlə, çox az sayda hamilə Covid-19-la ağır xəstələnir, bəzi qadınlar ölür. Hamilə qadınların, Covid-19-la bağlı riskləri isə digər qadınlarla müqayisədə daha çox deyil.


Etiketlər:  Yeni doğulan uşaqlar koronavirusa necə yoluxur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ