Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aryen Robben karyerasını bərpa edib

Aryen Robben karyerasını bərpa edib

Tarix: 27 Iyun 2020 22:46

"Bavariya"nın sabiq futbolçusu Aryen Robben karyerasını bərpa edib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə özü danışıb.

Niderland millisinin keçmiş oyunçusu birillik fasilədən sonra futbola döndüyünü və ilk klubu olan "Qroningen"də çıxış edəcəyini açıqlayıb: "Futbolçu kimi "Qroningen"ə qayıdıram. Futbola dönmək üzərində işləyirəm, məqsədim budur. Bunun nə ilə nəticələnəcəyini bilmirəm, amma "Qroningen"də oynamaq xəyalımdır".

Qeyd edək ki, "Qroningen"in yetirməsi olan Aryen Robben 2000-2002-ci illərdə bu klubun əsas komandasında çıxış edib. O, 10 il formasını geyindiyi "Bavariya"nın heyətində olarkən ötən ilin yayında futboldan gedib.


Etiketlər:  Aryen Robben karyerasını bərpa edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ