Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

iPhone 12-nin qeyri-rəsmi qiymətləri məlum oldu

iPhone 12-nin qeyri-rəsmi qiymətləri məlum oldu

Tarix: 30 Iyun 2020 08:16

Yeni iPhone 12 seriyasını Apple'ın önümüzdəki aylarda təqdim etməsi gözlənilərkən çox önəmli bir sızma xəbəri gəldi. Omegaleaks tərəfindən aşkar edilən sızıntıya görə, iPhone 12-nin 4G versiyası $549-a təqdim olunacaq.

Milli.Az techland.az-a istinadən bildirir ki,  iPhone 12-nin 5,4 düymlük versiyası $549-a satışa çıxarılacaq. Həmçinin iPhone 12 Max adlı 6.1 düymlük modelin $699 qiymətinə satışa çıxarılacağı iddia edilir. Sızıntıya görə, bu qiymətlərlə hər iki telefon 4G dəstəkli olacaq.

Daha əvvəl Jon Prosser tərəfindən paylaşılan sızıntıya görə isə iPhone 12 5G standartı ilə 999 dollara satışa çıxarılacaq. Həm də məlumdur ki, iPhone 12 Pro Max 5G dəstəyi ilə $1,099-a olacaq.

Milli.Az


Etiketlər:  iPhone 12 nin qeyri rəsmi qiymətləri məlum oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ