Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 08:40
Bakı. Trend:
Ada dövləti Puerto Rikonun hakimiyyəti quraqlıq səbəbi ilə ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bölgələrin yarıdan çoxunda meteoroloqlar orta və ya güclü quraqlıq qeydə alıblar. Bununla yanaşı, mütəxəssislər su anbarlarında suyun səviyyəsinin azaldığını bildiriblər. Puerto Rikonun qubernatoru Vanda Vaskesin sözlərinə görə, mövcud vəziyyət xüsusilə pandemiya vəziyyətində daha da problemlidir.
Hazırda ölkədə 7 mindən çox koronavirus infeksiyasına yoluxan qeydə alınıb, 153 nəfər ölüb. Səlahiyyətlilər tədricən məhdudlaşdırıcı tədbirləri ləğv edirlər, xüsusən komendant saatının müddəti azaldılır və dükanların içərisində eyni vaxtda olan müştərilərin sayının tədricən artırmasına icazə verilir.