Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2020 10:34
2016-cı ildə bağlanan ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.
Sonxeber.net ölkə.az-a istinadən bildirir ki, o, sosial şəbəkə profilində gəlinlərinin virusa yoluxduğunu, təcili yardımın cavab vermədiyini və çarəsiz qaldıqlarını yazıb:
"Xahiş edirəm, yol göstərin. COVİD-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizin vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer yoxdur deyilir. Təcili yardım cavab vermir".