Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2019 19:04
Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp 2020-ci il prezident seçkilərində qalib gəlmədiyi təqdirdə bazarda görünməmiş bir çökmə gözlənilir.
Trend-in məlumatına görə, bu fikirləri D.Tramp öz "Twitter" səhifəsində qeyd edib.
ABŞ prezidentinin sözlərinə görə, Tramp iqtisadiyyatı rekordaları qırır:
"Ancaq 2020-ci ildə məndən başqa bir şəxs rəhbər olsa, bazarın görünməmiş bir çökməsi olacaq".
Qeyd edək ki, prezident seçkiləri gələn il noyabrın 3-ü baş tutacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin