Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bəxtiyar Əliyev də koronavirusa yoluxub

Bəxtiyar Əliyev də koronavirusa yoluxub

Tarix: 1 Iyul 2020 12:30

Rusiyada "Bahh Tee" ləqəbi ilə populyar olan müğənni Bəxtiyar Əliyev koronavirusa yoluxub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi bu barədə instaqram səhifəsində məlumat verib.

"Koronavirus mənə də çatdı. Təəssüf ki, son günlərdə çox sayda insanla təmasda olmuşam. Dünən hipermarketdə oldum, bir neçə nəfər mənimlə şəkil çəkdirmək üçün yaxınlaşdı, hamısı maskalı idi. Amma foto çəkdirməmişdən əvvəl maskalarını çıxartdılar. Buna görə də, bu insanlarla necə əlaqə quracağımı bilmirəm, yalnız bu şəkildə onlara xəbərdarlıq edə bilərəm.

Ümumiyyətlə, hər şey yaxşı olacaq, mənə görə narahat olmayın, güclüyəm. Əsas odur ki, özünüzə qayğı göstərin, xəstə olmayın və mənimlə əlaqə qurmusunuzsa, ikiqat sayıq olduğunuzdan əmin olun", - deyə sənətçi bildirib.

Milli.Az


Etiketlər:  Bəxtiyar Əliyev koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ