Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

88 obyektdə qayda pozuntusu aşkarlandı - FOTO

88 obyektdə qayda pozuntusu aşkarlandı - FOTO

Tarix: 2 Iyul 2020 18:48

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan 226 müəssisədə reyd keçirilib.

Agentlikdən Sonxeber.net-a verilən məlumata görə, reyd keçirilən obyektlərdən 88-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.

◾ Bakı şəhəri üzrə:
"Al market", "Kəpəz", "Murad", "Harun", "Rəşad", "Kənan", "Yadigar" marketlər, Aslanov Tofiq Allahverdi oğluna, Piriyev Şahin Əhməd oğluna, Qədirova Təranə Heyyam qızına, Mirzəliyeva Mehriban Mustafa qızına, Əliyev Müşfiq Soltan oğluna, Allahverdiyeva Təranə Gülməmməd qızına, Nərimanov Murad Mürşüd oğluna, Səfərov Rəşid Rizvan oğluna, Bayramov Əli Salamulla oğluna, Abbasov Elvin Murad oğluna, Mirzəyev Fuad Mirdamət oğluna, Niftalıyev Ələmdar Rəhim oğluna məxsus ərzaq mağazaları

Digər şəhər və rayonlar üzrə:
◾ Sumqayıt şəhərində "Ramiz", "Pioner", "Abbas", "Ağabala" ərzaq mağazaları
◾ Xaçmaz rayonunda Nəzirov Ayaz Kamran oğluna, Aydəmirov Məhəmməd Valeh oğluna məxsus ərzaq mağazaları, Ağasıyev İlqar Ağası oğluna, Məmmədov Cavid Əhməd oğluna, Ağayev Nemət Sadıq oğluna, Məlikməmmədov Rəşad İlyas oğluna, Kərimov Eyvaz Kərəm oğluna məxsus ət satışı mağazaları
◾ Neftçala rayonunda Rəhimov Rəhil Əliağa oğluna, Qənbərov Ruslan Sahib oğluna, Yusifov Səlim Əliağa oğluna, Məmmədov Vəli Mustafa oğluna məxsus ərzaq mağazaları
◾ Salyan rayonunda "Al market"
◾ İsmayıllı rayonunda Salmanov Vüqar Həmid oğluna, Hacıyev Oqtay Ələddin oğluna, Abdurazaqov Asif Yusif oğluna məxsus ərzaq mağazaları, Məmmədov Taleh Elçin oğluna məxsus "Mican" kafe, Abdullayev Ağarəhim Ağadadaş oğluna məxsus yeməkxana və Novruzov Samir Hacı oğluna məxsus dönərxana
◾ Şamaxı rayonunda "Planet", "Dostluq", "Ocaq", "Al market" ərzaq mağazaları, Bayramov Rafiq Qurban oğluna məxsus market, Rəhimov Elçin Rafiq oğluna, Babayev Rəşad Ələmdar oğluna, İmanov Malik Adil oğluna məxsus ət satışı mağazaları və "Zümrüd" restoranı
◾ Mingəçevir şəhərində Allahverdiyev Mübariz Məmməd oğluna məxsus kafe, Kazımova Rüxsarə Manaf qızına məxsus ərzaq mağazası
◾ Oğuz rayonunda Musayev Çingiz Əşrəf oğluna məxsus ərzaq mağazası
◾ Zaqatala rayonunda "Oba" market
◾ Qax rayonunda Məmmədov Rafiq Qədir oğluna və Əliyev Allahverdi Əsgər oğluna məxsus ərzaq mağazaları
◾ Masallı rayonunda "Cənub" və "Halal" marketlər, Paşayev Bəylər İmran oğluna, Əhmədov Anar Tapdıq oğluna, Bəşirli Zamin Xaliq oğluna, Şirəliyev Nizami Əhməd oğluna, Mirişov Vüsal Rizvan oğluna, Ağayev Bəhram Qənbər oğluna, Məmmədov Vidadi Abbasqulu oğluna, Həşimov Natiq Sultanağa oğluna, Mütəllimzadə Nurlan Çingiz oğluna, Zeynalov Elgün Sərraf oğluna məxsus ərzaq mağazaları
◾ Astara rayonunda "Seymur", "Fərmail", "Elvin", "Yeganə", "Ataxan" marketlər
◾ Goranboy rayonunda İbrahimov Elçin Adil oğluna və Nəcəfova Natəvan Fəxrəddin qızına məxsus yeməkxanalar, Əliyev Sirəddin Saleh oğluna məxsus kafe
◾ Göygöl rayonunda "Pərvin" market
◾ Gəncə şəhərində "Bizim" market və "Zəhmət" şərab evi
◾ Ağstafa rayonunda "Göyçə", "Sərinlik" kafeləri, "Ağstafa" ərzaq mağazası
◾ Qazax rayonunda "Qala", "Qozlu" kafeləri, "Şıxlı" və "Qala" ərzaq mağazaları
◾ Tovuz rayonunda "Oba" və "Peyman" marketlər

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.


Etiketlər:  obyektdə qayda pozuntusu aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ