Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2019 04:36
Bakı. Trend:
Suriyada terrorçu qruplaşmalar əl-Vadihi kəndini minaatanalardan istifadə etməklə atəşə tutublar.
Trend-in məlumatına görə, hadisə nəticəsində 12 nəfər həlak olub, ən azı 15 nəfər xəsarət alıb.
Qeyd edək ki, öncə 10 nəfərin həlak olması barədə məlumat verilib.
Məlumata əsasən, ölənlər arasında suriyalı hərbçi, xəsarət alanlar arasında isə qadın və uşaqlar var.
Atəş nəticəsində kənd sakinlərinin əmlakına ziyan dəyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin