Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 16:38
"Barselona"nın kapitanı Lionel Messi 2021-ci ildə klubu tərk etmək haqda düşünür.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu sensasiyalı xəbəri "Cadena SER" yayıb.
Əvvəlcə argentinalı gələn il başa çatacaq müqavilənin uzadılması üçün klubla danışıqlar aparıb. Amma komandanın son vaxtlar uğursuz çıxışlarından sonra o, dəyişikliklər barədə düşünməyə başlayıb.
Messinin yaxın ətrafına "Barselona"dan getmək istədiyini dediyi bildirilir. İddia edilir ki, kapitan klub ətrafında gəzən söh-söhbətlərdən və həlledici anlarda özünün ön plana çıxırılmasından yorulub. Həmçinin o, komandanın daimi uğurları üçün layihənin hazırlanmamasından narazıdır.