Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2020 18:20
Virusa yoluxmuş insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi birifnqdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir:
"Bu öhdəliyi yerinə yetirməyənlər cinayət məsuliyyətinə cəlb olunacaq. Əgər vətəndaş bilirsə ki, ehtimallar var, virusa yoluxma var, o şəxs evdə qalmalıdır bu barədə aidiyyatı qrumlara məlumat verib".