Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Asan gözəllik sirləri - Pəhrizsiz arıqlamağın üsulları

Asan gözəllik sirləri - Pəhrizsiz arıqlamağın üsulları

Tarix: 4 Iyul 2020 17:09

Xüsusi pəhrizə əməl etmədən də arıqlamaq mümkündür. Amerikada Diana İronz imzası ilə çıxan "Asan gözəllik sirləri" adlı kitabda qadınlara pəhrizsiz arıqlamağın üsulları açıqlanır.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, kitabda psixoloji düşüncələrin bu yolda sizə yardım edəcəyi vurğulanıb.

Beləliklə pəhrizsiz arıqlamaq üçün...

· İlk əvvəl özünüzə çox bəyəndiyiniz, əyninizə balaca olan bir libas alın. Bu sizdə arıqlamağa olan həvəsi gücləndirəcək.

· Hər gün yeməkdən əvvəl 1 stəkan soyuq su için. Bu sizin aclığınızın qarşısını alacaq.

· Yemək zamanı çoxlu bibər yeyin. Bibər bədəninizdəki yağları 25 faiz əridir.

· Qaranlıqda yeməyin.

· Aclıq hiss etdikdə musiqiyə qulaq asın.

· Gün ərzində ən az 20 dəqiqə küçədə gəzin.

· Yeməkdən sonra pilləkənləri çıxıb-düşün.

· Şokaladı yedikdən sonra çay yox, qazlı su için. 

· Rəflərinizdə olan libaslarınızı yerə töküb, onları yenidən yerləşdirməyə başlayın.

· Yeməkdən sonra limon yeyin.

· Daha çox tərəvəzlərə üstünlük verin.

· Televizora baxarkən, qəzet və ya kitab oxuyarkən heç nə yeməyin.

Ən əsası bütün günü güzgüyə baxıb, kökəldiyinizi deməkdən əl çəkin. Yediyiniz hər şeydən sonra, "kökəldim" düşüncəsindən uzaq olun.


Etiketlər:  Asan gözəllik sirləri Pəhrizsiz arıqlamağın üsulları


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ