Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Daha 534 nəfər koronavirusa yoluxdu

Daha 534 nəfər koronavirusa yoluxdu

Tarix: 4 Iyul 2020 20:58

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 19 801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, 78269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6846 koronavirus testi aparılıb.

 


Etiketlər:  Daha 534 nəfər koronavirusa yoluxdu


RƏYLƏR