Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Monako” rədd cavabı verdi – “Qalatasaray”dan ayrıldı

“Monako” rədd cavabı verdi – “Qalatasaray”dan ayrıldı

Tarix: 5 Iyul 2020 15:32

“Qalatasaray” nigeriyalı hücumçusu Henri Onyekuru ilə yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Ayrılığa 23 yaşlı oyunçunun müqavilə ilə məxsus olduğu “Monako”nun məşqçilər korpusunun qəbul etdiyi qərar səbəb olub. “Qalatasaray”ın bu ilin yanvarında icarəyə götürdüyü Onyekurunun İstanbul təmsilçisi ilə müqaviləsi iyunun 30-na qədər idi. Amma FİFA-nın koronavirus pandemiyasına görə qəbul etdiyi qərara əsasən, iyunda bitən müqavilələr mövsümün faktiki bitdiyi günə qədər qüvvədə qalmalıdır. “Monako”nun baş məşqçisi Roberto Moreno isə Nigeriya yığmasının forvardının yeni mövsüm öncəsi təlim-məşq toplanışında iştirakını tələb edib. Futbolçu artıq sözügedən klubun hazırlıq prosesinə dəvət olunub.

“Qalatasaray” oyunçunun mövsümün tamamına qədər komandada qalması üçün qarşı tərəflə danışıqlar aparsa da, nəticəsiz qalıb. Fransa klubu qərarını dəyişməz saxlayıb. Bu üzdən də Onyekuru ötən gün komanda yoldaşları ilə vidalaşıb və tezliklə “Monako”nun düşərgəsinə dönəcək.

 


Etiketlər:  Monako rədd cavabı verdi Qalatasaraydan ayrıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ