Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xavi ilə müqavilə uzadıldı - Rəsmi

Xavi ilə müqavilə uzadıldı -  Rəsmi

Tarix: 5 Iyul 2020 17:42

“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes Yaxın Şərqdə fəaliyyətini davam etdirəcək.

Qol.az Qətər təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki,o, klubu ilə müqaviləni uzadıb. Xavinin yeni sözləşməsi 2020-2021 mövsümünün sonuna qədər nəzərdə tutulub.

“Barselona”nın əfsanəvi futbolçusunun yeni mövsümdən sabiq komandasını çalışdırması ilə bağlı razılıq verdiyi, onun Kike Setyeni əvəzləyəcəyi bildirilirdi.

Qeyd edək ki, Xavi “Barselon”nın yetirməsidir və 17 il bu komandanın şərəfini qoruyub. O, karyerasının son 4 ilində isə “Əl-Sədd”ə çıxış edib. Xavinin komandası ötən il Qətər kubokunun sahibi olub.
 


Etiketlər:  Xavi ilə müqavilə uzadıldı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ