Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ədviyyat sizi viruslardan qoruyacaq: xərçəngdən saç tökülməsinə qədər...

Bu ədviyyat sizi viruslardan qoruyacaq: xərçəngdən saç tökülməsinə qədər...

Tarix: 5 Iyul 2020 20:00

Tarix boyunca mətbəxdə ən çox yer alan ədviyyatlardan biri olan qara istiot yeməklərə verdiyi ləzzətlə yanaşı, xalq təbabətçiləri tərəfindən də geniş şəkildə istifadə edilib.

Sonxeber.net xəbər verir ki, qara istiot zəngin antioksidant və antivirus xüsusiyyəti sayəsində başda xərçəng olmaqla, dəri və tənəffüs yolu xəstəliklərinin dərmanıdır.

İsti iqlim şəraitində yetişən qara istiotun vətəni Hindistan hesab edilir. Braziliya, Malayziya, Afrika ölkələri və İndoneziyada geniş şəkildə becərilən bu ədviyyat üyüdülərək istifadə olunur. Bir çox xəstəliyin şəfa qaynağı sayılan qara istiot orqanizmin ehtiyac duyduğu vitamin və minerallarla zəngindir. İmmun sistemini gücləndirməkdə yardımçı olan ədviyyat qış aylarında xəstəliklərə qarşı qalxan rolunu oynayır. Qara istiotu bal ilə qarışdırıb qəbul etdikdə boğaz ağrısı və öskürəyin kəsilməsinə yardımçı olur.

Qara istiotun faydaları:

- Antioksidant xüsusiyyəti sayəsində bədənin toksinlərdən təmizlənməsinə kömək edir. Zəhərlənmənin qarşısını alır və xərçəng hüceyrələri ilə mübarizə aparır.

- Zəngin qida dəyəri sayəsində orqanizmi ehtiyacı olan vitamin və minerallarla təmin edir. Bu da çatışmazlıqlardan yarana biləcək xəstəliklərin qarşısını alır.

- Həzmsizliyi aradan qaldırır, mədə xəstəliklərinə qarşı effektivdir.

- Qazqovucudur.

- Bəlğəmin təmizlənməsinə yardım edir. Öskürəyin kəsilməsini təmin edir.

- Həzm sisteminin nizamlı işinə, bağırsaqların daha sağlam olmasına kömək edir.

- Sidikqovucudur. Tərləməyə kömək edir və beləcə vücudun toksinləri daha tez atmasını təmin edir.

- Dişlərin sağlamlığını qoruyur. Çürümənin qarşısını alır və ağrıkəsicidir.

- Saçların tökülməsini dayandırır və sağlam uzanmasını təmin edir.

- Məcun halında dəriyə çəkiləndə yaraların sağalmasına yardımçı olur.

- Saç dərisində kəpəklənməni aradan qaldırır.

- Stressi azaldır və sakitlik verir.

- Sürətli çəki atmağa yardımçı olur.

5 qr qara istiotun tərkibindəki qida dəyəri:

Karbohidrat: 3,2 qr

Protein: 0,52 qr

Yağ: 0,16 qr

Lif: 1,26 qr

Xolesterol: 0

Sodium: 1 mq

Kalium: 66,45 mq

Kalsium: 22,15 mq

Vitamin A: 27,35 mq,

Vitamin C: 0

Dəmir: 0,49 mq.

Qara istiotu bal, limon, sarıköklə birlikdə, həmçinin, yağ və çay formasında istifadə etdikdə effektivliyi artır. (publika.az)


Etiketlər:  ədviyyat sizi viruslardan qoruyacaq xərçəngdən saç tökülməsinə qədər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ