Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2020 17:52
Bakı. Trend:
Bolqarıstanda koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədar fövqəladə epidemioloji vəziyyət rejimi iyulun 31-dək uzadılıb.
Trend-in məlumatına görə, bunu Bolqarıstanın Səhiyyə naziri Kiril Ananiyev deyib.
O bildirib ki, bu müddət ərzində sanitar-epidemioloji vəziyyətə nəzarət gücləndiriləcək.
Qeyd edək ki, Bolqarıstanda son iki gün ərzində 240-dan çox yoluxma qeydə alınıb. Bu günədək virusa yoluxanların sayı 5 740 nəfərə çatıb, 246 nəfər ölüb.