Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaqlarda koronavirus simptomları AŞKARLANDI

Uşaqlarda koronavirus simptomları AŞKARLANDI

Tarix: 6 Iyul 2020 23:00

Bir qrup elm adamı, COVID-19 olan uşaqlarda nadir simptomları araşdırıblar.

Sonxeber.net xəbər verir ki, tədqiqatçılar uşaqların mərkəzi və periferik sinir sisteminə təsir edən nevroloji dəyişikliklərə məruz qala biləcəyini müəyyən ediblər.

İlk dəfə olaraq nevroloji pozuntular haqqında ingilis tibb elimləri doktoru Omar Abdel-Mannan məlumat verib. O, COVID-19 olan uşaqlarda nevroloji problemlərin bir neçə halını təsvir edib.

Dədqiqatda 27 COVİD-19 xəstəsi iştirak edib. Tədqiqatçılar koronavirusdan əvvəl heç bir sağlamlıq problemi olmayan dörd xəstənin (14,8%) ensefalopatiya, baş ağrısı, əzələ zəifliyi və reflekslərin azalması daxil olmaqla yeni nevroloji simptomların ortaya çıxdığını tapıblar.

Müalicə üçün həmin 4 xəstə reanimasiya şöbəsinə yerləşdiriliblər. Beynin maqnit rezonans tomoqrafiyası zamanı dörd xəstənin hər birində dəyişikliklər müşahidə olunub.

Xəstələrin üçü elektroensefalografiya aparılıb və onlarda aktivliyin zəifləməsi aşkar edilib. Sinir keçiriciliyi üçün sınaqdan keçirilmiş hər üç xəstədə yüngül miyopatik və nöropatik dəyişikliklər müşahidə edilib. (publika.az)


Etiketlər:  Uşaqlarda koronavirus simptomları AŞKARLANDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ