Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

''Qarabağ''ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

Tarix: 18 Iyun 2019 16:44

Bu gün UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.

Qol.az xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.

Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.

 


Etiketlər:  Qarabağın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ