Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

312 nəfər əcnəbi “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb

312 nəfər əcnəbi  “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb

Tarix: 7 Iyul 2020 11:36

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycan Turizm Bürosunun keçirdiyi onlayn təlimlərdə iştirak edən 312 nəfər “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.

Bürodan Trend-ə verilən məlumata görə, təlimlər Azərbaycan haqqında “E-öyrənmə” onlayn təlim platforması (elearning.tourismboard.az) vasitəsilə keçirilib.

İştirakçılar Avropa, Yaxın Şərq ölkələri, MDB ölkələri, Cənubi Asiya kimi regionları üzrə 40-dan çox ölkəni təmsil edib.

Təlimlərdə 312 nəfər Azərbaycan haqqında ümumi məlumat, Azərbaycan təbiəti, Azərbaycan toy destinasiyası kimi, şərab turları, alman irsi, yəhudi irsi, müalicəvi turizm məhsulları, qastronomiya, həmçinin regionların turizm imkanları kimi bir neçə moduldan ibarət olan təlimlərdə iştirak edərək “Azərbaycan turizmi üzrə ekspert” statusunu qazanıb.


Etiketlər:  312 nəfər əcnəbi Azərbaycan turizmi üzrə ekspert statusunu qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ