Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Artetadan Genduziyə cəza

Artetadan Genduziyə cəza

Tarix: 7 Iyul 2020 21:56

"Arsenal”ın yarımmüdafiəçisi Matteo Genduzi əsas komandadan uzaqlaşdırılıb.

Qol.az “The Atheltic”ə istinadən xəbər verir ki, baş məşqçi Mikel Arteta futbolçunun əsas heyətlə məşq etməsinə icazə vermir.

“Brayton”a məğlubiyyətdən sonra (1:2) komandadan uzaqlaşdırılan Genduzi fərdi məşqlər edir. Arteta yarımmüdafiəçinin intizamsız hərəkətləri və lazımi səviyyədə çıxış etmədiyi üçün bu addımı atıb.

Britaniya mətbuatı London klubunun futbolçunu satmaq variantını da nəzərdən keçirdiyini yazıb.
21 yaşlı futbolçunun adı “Mançester Yunayted” və PSJ kimi klublarla yanaşı çəkilir.

 


Etiketlər:  Artetadan Genduziyə cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ