Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb - FOTO

Bərdədə traktor kanala aşıb, sürücüsü ölüb - FOTO

Tarix: 7 Iyul 2020 22:26

Bərdədə kanala düşən traktorun sürücüsü boğularaq ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Yuxarı Qarabağ" su kanalının rayonun Güloğullar kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri traktorun sürücüsü Güloğullar kənd sakini, 1973-cü il təvəllüdlü Məmmədov Yelmar Çingiz oğlunun meyitini, traktorda olan Cəlilabad rayon sakini, 38 yaşlı Adıgözəlov Aydın Səfalı oğlunu isə yaralı vəziyyətdə sudan çıxarıblar. A.Adıgözəlov Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bərdədə traktor kanala aşıb sürücüsü ölüb FOTO


RƏYLƏR