Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 10:22
Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci gün qarşılaşmasında "Başakşəhər" doğma meydanda "Dənizlispor"u qəbul edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada meydan sahibləri rəqiblərini iki cavabsız qolla məğlub ediblər. İstanbul təmsilçisinin qollarını Enzo Krivelli (65) və Edin Viska (78) vurub.
Beləliklə, görüşdə 2:0 hesabı ilə qalib gələn "Başakşəhər" klubu çempionluğa bir addım daha yaxınlaşıb. İstanbul klubu növbəti üç görüşün hər birində qələbə qazanarsa, çempionluğunu rəsmiləşdirəcək.
Bundan əlavə, turda iyulun 8-də "Sivasspor" - "Yeni Malatyaspor", "Trabzonspor" - "Antalyaspor", "Alanyaspor" - "Qalatasaray", "Göztəpə" - "Ankaragücü", sabah isə "Rizəspor" - "Kayserispor", "Beşiktaş" - "Kasımpaşa", "Qaziantep" - "Konyaspor" komandaları qarşılaşacaq.
Türkiyə çempionatında hazırda "Başakşəhər" 66 xalla turnir cədvəlinin lideridir. "Trabzonspor" 61 xalla ikincidir. "Sivasspor" 54 xalla üçüncü, "Qalatasaray" klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb. Sonrakı yerlərdə "Fənərbağça" (50 xal), "Beşiktaş" (50 xal), "Alanyaspor" (48 xal) və digər komandalar gəlir.