Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 11:48
Bakı. Trend
Binəqədi rayonu 9-cu mikrorayon ərazisində suyun verilməsində məhdudiyyət olacaq.
“Azərsu” ASC-dən Trend-ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon ərazisində su şəbəkəsində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 08 iyul 2020-ci il tarixində gün ərzində 9-cu mikrorayon və Zeytunluq ərazisinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.