Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2020 12:21
Cənubi Koreyanın “Samsung” şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjidoldurma qurğusunu çıxarıb.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, şirkətin rəsmiləri iddia edirlər ki, sterilizator 10 dəqiqə ərzində ultrabənövşəyi şüanın köməyi ilə ora yerləşdirilmiş cihazın səthindən bakteriyaların 99%-ni məhv edə bilər.
Şirkətin açıqlamasına əsasən, müvafiq qurğu üçün tələbat dünyada koronavirusla əlaqəli vəziyyətlə bağlıdır. Bu halda qurğunun koronavirus infeksiyası ilə mübarizədə nə dərəcədə səmərəli olduğu haqqında məlumat yoxdur.
Emil Hüseynov