Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO)

Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO)

Tarix: 8 Iyul 2020 16:48

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının koronavirus xəstələri üçün pandemiya xəstəxanası kimi fəaliyyətə başladığı ilk gündən etibarən Hospitalın bütün personalı virusla mübarizəyə qoşulmuşdur. İxtisasından asılı olmayaraq hər bir həkim xəstələrin şəfa tapması üçün səfərbər olub və əllərindən gələni edərək xəstələrin sağalmasına çalışırlar. Dr. Mirmənsim Məmmədov da belə həkimlərimizdəndir. O, viruslu xəstələrlə birbaşa çalışaraq, xəstələrin müalicə prosesində birbaşa iştirak edir.

Dr.Mirmənsim Məmmədov 2008-ci ildə Azərbaycan Tibb Universitetini bitirmiş, 2008-2009-cu illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında internatura keçmişdir. 2011-2013-cü illərdə dövlət tibb müəssisəsində həkim-nefroloq kimi çalışmışdır. Dr.Mirmənsim Məmmədov 2013-cü ildən Mərkəzi Gömrük Hospitalında nefroloq, 2018-ci ildən isə Hospitalın Efferent terapiya şöbəsinin rəisi kimi fəaliyyət göstərir. O, daim öz bilik və bacarıqlarını artıran, özünə qarşı çox tələbkar olan yüksəkixtisaslı mütəxəssisdir.
Dr.Mirmənsim Məmmədov müxtəlif illərdə xarici ölkələrdə təşkil olunan təkmilləşdirmə kurslarında, beynəlxalq konqreslərdə iştirak etmişdir. Belə ki, 2009-2011-ci illərdə Türkiyə 9 Eylül Universitetinin nefrologiya kafedrasında, 2015-ci ildə Türkiyənin Akdeniz Univerisitetinin Orqan Transplantasiyası Mərkəzində təkmilləşdirmə kursları keçmişdir. O, 2015-ci ildə Türkiyənin Ankara şəhərində XII Beynəlxalq İntensiv Terapiya konqresində və 2018-ci ildə Antalyanın Belek şəhərində Beynəlxalq nefroloji, hipertoniya, dializ və transplantasiya konqresində iştirak etmişdir.

Dr.Mirmənsim Məmmədov 2019-cu ilin aprel ayında Türkiyənin Ankara şəhərində yerləşən Ankara Tibb Universitetinin Pediatriya xəstəxanasında "Uşaqlarda kəskin və xroniki böyrək çatışmazlığı zamanı peritoneal dializ" mövzusunda təkmilləşdirmə kursunda, həmin ilin oktyabr ayında Türkiyənin Malatya şəhərində yerləşən İnönü Universitetinin Qaraciyər Transplantasiya İnstitutunda hepatorenal sindromlu xəstələrdə ekstrakarporal müalicə üzrə təkmilləşdirmə kursunda iştirak etmişdir.

Bu gün koronaviruslu xəstələrin sağlamlığının bərpası üçün çalışan Dr.Mirmənsim Məmmədov deyir: "Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq. Hər bir sağalan pasiyentimiz bizə sevinc gətirir və biz hər bir pasiyentimiz sağalması üçün mövcud olan bütün resuslarımızı səfərbər edirik. Bu virus çox ağır gedişə malikdir. Vətəndaşlarımızdan çox diqqətli olmalarını xahiş edirik. Əminik ki, biz birlikdə bu virusa qalib gələcəyik"

Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO) - Gallery Image Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO) - Gallery Image Dr.Mirmənsim Məmmədov: Hər bir pasiyentimiz bizim üçün doğmadır və biz bütün pasiyentlərimizə eyni diqqət və qayğı ilə yanaşırıq (FOTO) - Gallery Image


Etiketlər:  DrMirmənsim Məmmədov Hər pasiyentimiz bizim üçün doğmadır bütün pasiyentlərimizə eyni diqqət qayğı ilə yanaşırıq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ