Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Mançester Siti"dən yeni rekord

Tarix: 9 Iyul 2020 12:46

"Mançester Siti" İngiltərə Premyer Liqasında dəqiq ötürmə sayına görə rekord qırıb.

Qol.az "Opta Joe"yə istinadən xəbər verir ki, Pep Qvardiolanın komandasının ölkə çempionatının 34-cü turunda "Nyukasl"a 5:0 hesabı ilə qalib gəldikləri matçda dəqiq ötürmələrinin sayı 93,7 faiz (840-dan 787-i dəqiq) təşkil edib. Bu isə 2003/2004 mövsümündən - İngiltərə çempionatı oyunlarında statistikanın hesablanmasından indiyə kimi ən yaxşı göstəricidir.

Qeyd edək ki, "Mançester Siti" hazırda turnir cədvəlində 69 xalla 2-ci pillədə qərarlaşıb.

 


Etiketlər:  Mançester Sitidən yeni rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ