Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyul 2020 19:30
“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo Arkadiuş Milikin komandadan ayrılmaq istədiyini təsdiqləyib.
Qol.az “Sky Sport İtalia”ya istinadən xəbər verir ki, o, polşalı hücumçunun komandada qalmasını istədiyini, ancaq qərarına hörmət etdiyini deyib:
“Milikdən daha yaxşı futbolçu tapmaq çətindir. Amma bir futbolçu komandadakı vaxtının bitdiyinə inananda və dəyişiklik istəyəndə, onu dinləməlisən. Hansısa futbolçunu iradəsinə qarşı gələrək, komandada saxlaya bilməzsiniz. Hər bir futbolçunun istəyinə hörmət göstərməliyik”.
Qeyd edək ki, Milikin “Tottenhem”ə keçəcəyi haqda xəbərlər yayılıb.