Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

“Şənbə-bazar polis postlarının sayı daha da artacaq”

Tarix: 10 Iyul 2020 15:58

Xəbər verdiyimiz kimi, paytaxtın bəzi yerlərində polis postlarının fəaliyyəti yenidən bərpa edilib.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, AzTV-də şəhərdə bərpa edilən polis postları haqqında reportaj yayımlanıb. 

Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Araz Ələsgərli bildirib ki, bu cür postlar şənbə və bazar günləri daha çox olacaq: "Sürücülər şəhərin istənilən küçələrində bu cür mobil postları görəcəklər. Məqsədimiz icazə sistemində olan şəxsləri müəyyənləşdirməkdir. Həftəsonları qeyri-iş günləri olduğu üçün biz sürücülərin hərəkətdə olmamasını məsləhət görürük. Şəhər daxilində, o cümlədən şəhərdən kənara çıxma hallarının qarşısı polis tərəfindən alınacaq. Ona görə də həftəsonları üçün xüsusi istirahət proqramı hazırlamamağı vətəndaşlara məsləhət görürük".


Etiketlər:  Şənbə bazar polis postlarının sayı daha artacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ