Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri

Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək - Şöbə müdiri

Tarix: 10 Iyul 2020 18:02

Dializ xəstələrinin sərt karantin şəraitində xəstəxanaya çatdırılmasında problem olmayıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən mətbuat konfransında Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, sərt karantin günlərində ictimai nəqliyyat işləməsə də, Bakı Nəqliyyat Agentliyi bunun üçün xüsusi nəqliyyat vasitəsi ayırıb: "Bu həftə sonu sərt karantin elan olunan ərazilərdə dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək. Bu sahədə hansısa problem yaranacağı gözlənilmir. Bu məsələ diqqətdə saxlanılır".

Milli.Az


Etiketlər:  Həftəsonu sərt karantin ərazilərində dializ xəstələrinin xəstəxanalara çatdırılması təmin ediləcək Şöbə müdiri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ