Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 07:52
Cənubi Koreyanın "Samsung" şirkəti smartfonlar üçün sterilizasiya etmək funksiyasına malik simsiz enerjidoldurma qurğusunu çıxarıb.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətin rəsmiləri iddia edirlər ki, sterilizator 10 dəqiqə ərzində ultrabənövşəyi şüanın köməyi ilə ora yerləşdirilmiş cihazın səthindən bakteriyaların 99%-ni məhv edə bilər.
Şirkətin açıqlamasına əsasən, müvafiq qurğu üçün tələbat dünyada koronavirusla əlaqəli vəziyyətlə bağlıdır. Bu halda qurğunun koronavirus infeksiyası ilə mübarizədə nə dərəcədə səmərəli olduğu haqqında məlumat yoxdur.