Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimizdə sürpriz məşqçi – Ansi Aqolli

Millimizdə sürpriz məşqçi – Ansi Aqolli

Tarix: 11 Iyul 2020 09:50

Azərbaycan milli komandasının yeni baş məşqçi təyin ediləcəyi gözlənilən Canni De Byazinin köməkçilərindən biri müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, bu haqda məlumat İtaliya və Albaniya mətbuatında yayımlanıb. İddia edilir ki, 64 yaşlı mütəxəssis Albaniya millisindən yaxşı tanıdığı, "Qarabağ"ın sabiq futbolçusu Ansi Aqollini də yığmaya gətirir. Hazırda ABŞ-ın "Nyu-York Kosmos" klubunda çıxış edən 38 yaşlı müdafiəçinin məşqçilər korpusunda olacağı bildirilir.

Aqolli bir müddət, o cümlədən 2016-cı il Avropa çempionatı qarşılaşmalarında Albaniya millisinin kapitanı olub.

Qeyd edək ki, 2012 - 2019-cu illərdə "Qarabağ"da çıxış etmiş Ansi Aqolli ötən mövsüm ABŞ klubu ilə səviyyəcə dördüncü sayılan Milli Premyer Liqada (NPSL) çempion olub. O, ötən ay klubu ilə başa çatan müqaviləsinin müddətini 1 il uzadıb.

AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayacaq.

 


Etiketlər:  Millimizdə sürpriz məşqçi Ansi Aqolli


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ