Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda... - Deputat

Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda... -  Deputat

Tarix: 11 Iyul 2020 13:51

BMT-nin davamlı inkişaf məqsədləri proqramı qlobal əhəmiyyətli proqramdır və Azərbaycanın bu indeks üzrə 166 ölkə arasında 54-cü pillədə qərarlaşması qürurvericidir.

Sonxeber.net bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, 2015-ci ildə BMT Baş Asambleyasında keçirilən liderlərin zirvə göüşündə müəyyən edilmiş məqsədlər 2030-cu ilə qədər ümumbəşəri məqsədlər və vəzifələr müəyyənşəldirir:

"Əgər qısaca qruplaşdırmağa çalışsaq, bu məqsədlər üç əsas istiqaməti müəyyən edir ki , bunlar yoxsulluğun bütün formalarının aradan qaldırılması, bərabərsizliyə qarşı tədbirlərin görülməsi və qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə səylərin birləşdirilməsidir. Artıq 5 ildir davam edən bu proqramda Azərbaycanın əldə etdiyi nailiyyətlər ayrıca bir təcrübə təşkil edir və nümunəvidir. Birinci istiqamət yəni yoxsulluğun aradan qaldırılması daima ölkəmizdə həyata keçirilən sosial siyasətin prioritelərindən birini təşkil edib və mühüm nəticələr əldə etmişik. Bu vətəndaşlarımızın sosial rifahının təmin edilməsində real fərq yaradıb".

Millət vəkili bildirib ki, digər indekslər üzrə də Azərbaycan mühüm tədbirlər görməyi bacarıb və nəticədə regional liderə çevrilib:

"Bərabərsizliyin aradan qaldırılması indeksi üzrə ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər, ədalət və güclü institutlar kimi ayrı-ayrı mühüm istiqamətlərdə irəliləyişlər əldə edə bilib. Burada söhbət həm də sadalanan xidmətlərin əlçatanlığından, onun kütəviliyinin və bərabərliyinin təmin edilməsindən gedir. Biz buna bəzən inkluziv cəmiyyət də deyirik .Ancaq şübhəsiz ki, bu irəliləyiş öz-özünə baş verməyib. Çünki hamıya bəllidir ki, məlum indekslər üzrə irəliləyiş əldə etmək üçün mütləq müəyyən vaxta və görülməli olan vacib və məqsədyönlü tədbirlərə ehtiyac var. Azərbaycanın son 5 ildə əldə etdiyi nailiyyətlərin kökü əslində 17 il əvvəl həyata keçirilməyə başlanmış siyasətin nəticəsi kimi meydana çıxıb. Ona görə də müqayisəli təhlil zamanı aydın olur ki, Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil, eyni zamanda bir sıra digər inkişaf etmiş ölkələrlə rəqabət apara biləcək səviyyədədir. Şübhəsiz ki, əldə edilən göstəricilər son deyil, tam əksinə bu göstəricilər növbəti mərhələdə daha yaxşı nəticələr əldə etmək üçün əsaslı bazadır".


Etiketlər:  Azərbaycan davamlı inkişaf indeksi üzrə təkcə regional lider deyil eyni zamanda Deputat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ