Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qara kişmişin faydaları nələrdir?

Qara kişmişin faydaları nələrdir?

Tarix: 11 Iyul 2020 15:27

Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.

Milli.Az Axar.az-a istinadən bildirir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığını aradan qaldırır. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.

İdmançılar məşq zamanı yüksək enerjiyə malik olmaq üçün çoxlu kişmiş yeyirlər. Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.

Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir. Həmçinin qan zəhərlənməsi zamanı metobolik vəziyyəti sakitləşdirir. Mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.

Milli.Az


Etiketlər:  Qara kişmişin faydaları nələrdir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ