Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2020 16:18
“Liverpul”un kapitanı Cordan Henderson mövsümün qalan oyunlarında iştirak etməyəcək.
Qol.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib.
O, “Brayton”la matçda dizindən zədələnən 30 yaşlı yarımmüdafiəçinin qalan 4 matçda iştirak etməyəcəyini söyləyib.
Alman mütəxəssis Hendersonun əməliyyat olunmayacağını və yeni mövsümə kimi hazır olacağını bildirib. İngiltərə futbolçu bu mövsüm Premyer Liqada keçirdiyi 30 matçda 4 qol vurub, 5 assist edib.