Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər - FOTO

Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər - FOTO

Tarix: 11 Iyul 2020 21:06

Gəncə şəhərində səhər saatlarında yağmış güclü yağışın fəsadlarını aradan qaldırarkən "Azərsu" ASC-nin texnikası ilə şəhərin N.Nərimanov küçəsi ilə A.Puşkin küçələrinin kəsişməsində, diametri 110 mm olan "Gəncə-2" yeraltı polietilen qaz xəttini yararsız vəziyyətə salınıb.

"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, baş verən hadisənin fəsadlarının aradan qaldırılması üçün təhlükəsizlik tədbiri olaraq təqribən 3 000 abonentin qaz təminatı dayandırılıb. Qaz təminatının bərpa olunması təqribən üç saat vaxt tələb edir.

Hazırda "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsinin əməkdaşları hadisə yerindədir, təcili təmir işləri aparılır.

Milli.Az


Etiketlər:  Gəncədə su xəttini düzəldənlər qaz xəttini zədələdilər FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ