Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2020 22:20
Azərbaycanın Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini, general-leytenant Nizam Osmanov bu gün işğalçı Ermənistanın Tovuz rayonu istiqaməti törətdiyi təxribatdan danışıb.
Sonxeber.net demokrat.az-a istinadən bildirir ki, general-leytenant Nizam Osmanovun dediyinə görə, hazırda işğalçı düşmən təşviş içindədir:
"Ermənistan hərbi birləşmələri dövlət sərhədimizdə növbəti dəfə təxribata cəhd edib. Ancaq Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Hazırda cəbhə bölgəsindəyik, vəziyyət ordumuzun tam nəzarəti altındadır. Düşmən təşviş içindədir. İgid və qəhrəman hərbiçilərimiz düşmənə ağır və sarsıdıcı zərbə endiriblər".