Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2020 03:30
İngiltərədəki Oksford Universitetinin alimləri koronavirusun hansı hallarda ölüm riskini artırdığını açıqlayıb.
Sonxeber.net xəbər verir ki, araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Tədqiqatçılar Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin nəzarətində olan xəstələrin və ölənlərin məlumatlarını təhlil edib.
Alimlər müəyyənləşdiriblər ki, kişilər, yaşlılar və tək yaşayan insanlar COVID-19-dan 1,59 qat daha çox ölürlər. Bundan əlavə, Afrika və Asiya əsilli insanlar da artan risk altındadır. 80 yaşdan yuxarı insanlarda koronavirus infeksiyası nəticəsində ölüm riski 50-59 yaş arası insanlara nisbətən 20 dəfə daha yüksəkdir.
Təhlükəli amillər arasında piylənmə, diabet, ağır astma və digər tənəffüs xəstəlikləri, ürək, qaraciyər, nevroloji və otoimmün xəstəliklər də var. (publika.az)