Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İspaniyanın ''La Vanguardia'' qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır

İspaniyanın ''La Vanguardia'' qəzeti Azərbaycan-Ermənistan sərhədində gedən döyüşlərdən yazır

Tarix: 13 Iyul 2020 13:24

İspaniyanın qocaman nəşrlərindən biri olan "Lа Vanguardia" qəzetində "Erməni ordusu ilə baş verən insidentdə Azərbaycanın iki əsgəri öldürülüb" sərlövhəli məqalə dərc edilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, məqalədə erməni ordusunun artilleriyadan istifadə etməklə Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycan-Ermənistan dövlət sərhədindəki mövqeləri tutmağa cəhd göstərməsi qeyd olunur. Erməni qüvvələrinin hücumu Azərbaycan ordusu tərəfindən dəf edilib. Nəticədə Azərbaycanın azı iki hərbi qulluqçusu həlak olub, daha beş nəfər yaralanıb.

"Lа Vanguardia" Azərbaycan Müdafiə Nazirliyinin bəyanatına istinad edərək yazır ki, "görülmüş adekvat tədbirlər nəticəsində ermənilərin hücumu dəf edilib, düşmən geri çəkilib".

Məqalədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edilir. Qeyd edilir ki, 1994-cü ildə erməni qüvvələri Dağlıq Qarabağı öz nəzarətləri altına keçirib, həmçinin Azərbaycanın "təhlükəsizlik zolağı" adlandırılan geniş ərazisini işğal ediblər.

Azərbaycan tərəfi bəyan edir ki, Ermənistan ilə münaqişənin həlli işğal olunmuş ərazilərin qeyd-şərtsiz geri qaytarılmasını nəzərdə tutur, bu tələb BMT-nin Təhlükəsizlik Şurasının bir neçə qətnaməsi ilə təsdiq edilib.


Etiketlər:  İspaniyanın Vanguardia qəzeti Azərbaycan Ermənistan sərhədində gedən döyüşlərdən yazır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ