Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Genişmiqyaslı müharibə başlaya bilər” - Polad Bülbüloğludan sərt xəbərdarlıq

“Genişmiqyaslı müharibə başlaya bilər” - Polad Bülbüloğludan sərt xəbərdarlıq

Tarix: 13 Iyul 2020 14:12

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən döyüşlərin böyük toqquşmalara çevrilə biləcəyini istisna etməyib.

Sonxeber.net oxu.az-a istinadən əbər verir ki, "Ötən gün Azərbaycan-Ermənistan sərhədində baş verənlər yeni və sensasiyalı hadisələr deyil. Azərbaycan Prezidenti İlham Əliyev də, mən də dəfələrlə vurğulamışıq ki, Azərbaycan heç vaxt ərazisinin 20 faizinin itirilməsi ilə barışmayacaq. Söhbət yalnız Dağlıq Qarabağdan getmir, söhbət ondan getmir ki, kimsə erməni əsilli insanları oradan qovmaq istəyir. Məsələ ondan ibarətdir ki, Azərbaycan ərazisinin 20 faizi işğal altındadır. Siz necə düşünürsünüz, infrastrukturu inkişaf etmiş, zəngin, 10 milyonluq ölkə öz ərazilərinin sonsuza qədər işğalda qalmasına imkan verəcək? Axı, bu mümkün deyil", - Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "Qovorit Moskva" radiostansiyasına müsahibəsində deyib. 

Səfirin sözlərinə görə, sülh danışıqları heç bir nəticə vermir.

Bu baxımdan Polad Bülbüloğlu bölgədə genişmiqyaslı hərbi əməliyyatların başlanacağını da istisna etməyib:

"Azərbaycan ərazisi işğalda saxlanılana qədər bu cür hadisələr qaçılmazdır. Biz bu barədə 2016-cı ildə, aktiv hərbi əməliyyatlar baş verən zaman da demişik. Təəssüf ki, böyük ölkələr, qonşularımız bu münaqişəni dondurmağa çalışır ki, o, qeyri-müəyyən müddətədək davam etsin. Danışıqlar danışıqların aparılması naminə gedə bilməz. Müzakirələr nəticə verməlidir. Danışıqlar nəticə verməsə, təbii ki, hərbi əməliyyatlar olacaq. Buna görə, mövqeyimizi birdəfəlik anlamaq lazımdır. Biz bunu dəfələrlə demişik ki, Azərbaycan xalqı heç vaxt ərazilərinin itirilməsini qəbul etməyəcək. Söhbət xarici qoşunların Azərbaycan ərazisindən çıxarılmasından gedir, onlar Azərbaycan ərazisindədirlərsə, belə toqquşmalar davam edəcək və bir gün bütün bölgə üçün fəlakətə səbəb ola biləcək genişmiqyaslı müharibəyə çevrilə bilər". 


Etiketlər:  Genişmiqyaslı müharibə başlaya bilər Polad Bülbüloğludan sərt xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ