Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Elmar Məmmədyarov və Cozef Borel arasında telefon danışığı olub

Elmar Məmmədyarov və Cozef Borel arasında telefon danışığı olub

Tarix: 14 Iyul 2020 00:00

Xarici İşlər naziri Elmar Məmmədyarovun Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Milli.Az-a verilən məlumata görə, Elmar Məmmədyarov Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, bu hərbi təxribatın qarşısının alınması və hazırda bölgədə davam edən gərgin vəziyyət barədə Aİ rəsmisini məlumatlandırıb.

Ermənistanın bu təcavüz aktının münaqişənin həlli üzrə danışıqların mahiyyətini ciddi şübhə altına aldığı və məhz Ermənistanın və onun təcavüzkar siyasətinin bölgədə sülh və təhlükəsizliyə əsas təhlükə mənbəyi olduğunu, o cümlədən bölgədəki böyük geo-strateji layihələrə təhlükə törətmək ehtimalının olduğunu qeyd edib.

C.Borel Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin sözçüsünün iki ölkə sərhədində baş vermiş insident ilə bağlı bəyanat ilə çıxış etdiyini qeyd edib. O, Aİ-nin bölgədə gərginliyin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlərin görülməsinin tərəfdarı olduğunu, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik səylərini dəstəklədiyini və münaqişənin həlli üzrə substantiv danışıqların aparılması mövqeyindən çıxış etdiyini bildirib.

Milli.Az


Etiketlər:  Elmar Məmmədyarov Cozef Borel arasında telefon danışığı olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ