Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2020 12:45
Ermənistanın təcavüzü Dağlıq Qarabağ münaqişəsini daha da gücləndirir.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə iyulun 13-də Böyük Britaniya Parlamentinin İcmalar palatasına təqdim olunan "Azərbaycana qarşı erməni təcavüzü haqqında" 717 nömrəli sənəddədeyilir.
İcmalar Palatası qeyd edir ki, iyulun 12-də Ermənistanın törətdiyi təcavüz aktları Ermənistanın Dağlıq Qarabağ və 7 ətraf rayona nəzarət etməsi səbəbindən Azərbaycanla yaranan silahlı qarşıdurmanı daha da artırıb.
İcmalar Palatası Britaniya hökumətini Ermənistanın sülh prosesinə ciddi maneə olan və beynəlxalq hüququ, habelə 1994-cü ildə imzalanmış atəşkəsi rejimini pozan hərəkətlərini pisləməyə çağırır.