Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2020 14:15
Ermənistanın daxili siyasəti vəziyyəti çox gərgindir. Son zamanlar Ermənistanda gərgin sosial-iqtisadi, demoqrafik vəziyyət hökm sürürdü. Ölkənin siyasi sistemi bərbad vəziyyətdədir. Bu vəziyyətdə Ermənistan rəhbərliyi COVİD-19-a qarşı olan yarıtmaz siyasətini də ört-basdır etmək və xalqın, ictimaiyyətin diqqətini yayındırmaq üçün Tovuz istiqamətində təxribata əl atdı.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
M.Cəfərov bildirib ki, bu təxribatın bütün məsuliyyəti Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür:
"Şəhidlərimizin qanı yerdə qalmayıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın bu kimi təxribatçı hərəkətlərinə cavab olaraq zəruri tədbirlər görülür və görülməkdədir.
Ermənistan diqqəti yayındırmaq üçün müharibə istəyir. Düşmən layiqli cavabını alaraq canlı qüvvə, texnika sarıdan xeyli itki verərək geri oturduldu. Təbii ki, bu, müharibədir, hər iki tərəfdən itkilər var. Şəhidlərimiz hamımızın qəlbini üzdü, kədərə qərq etdi. Amma qarşı tərəfin itkisi daha çoxdur. Məkrli plan ondan ibarətdir ki, düşmən artıq Qarabağda deyil, Ermənistanın ərazisində çaxnaşma yaratmaq, vəziyyəti gərginləşdirərək KTMT-ni bu məsələyə cəlb etmək niyyətindədir. Paşinyanın planı məhz bundan ibarətdir. Çünki hadisələrin gedişi bunu deməyə imkan verir. İyulun 12-də Tovuzda hərbi təxribat törədildikdən sonra ertəsi gün, iyulun 13-də isə düşmən Naxçıvan sərhədində fəallaşmağa başladı. Buradan açıq aydın görünür ki, Ermənistan təxribat törətməklə Azərbaycanı daha genişmiqyaslı cavablar verməyə cəlb etmək istəyir. Ermənistan öz ərazisində gərginlik yaratmağa və KTMT-nin 5-ci maddəsindən yararlanmağa çalışır.
Ermənistanın məkrli planlarının əsası budur ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisini və ətraf 7 rayonunu işğal altında saxlayan düşmən dövlət yeni münaqişə zonaları yaratmaq arzusundadır, məhz bu məqsədlə də təxribata əl atır.
Mən xalqımıza səslənirəm ki, təxribatlara aldanmayaq. Bu səhnə bizə yad deyil. Hər zaman daxilimizdəki xarici qüvvələrin əlaltıları sadə xalqın hisləri, emosiaları ilə oynayıblar. Artıq xalq başa düşür, təxribat törədənləri seçir. Bütün vacib tədbirlər görülür və görüləcək də. Düşmənin əlinə güc verməyək. Xalqın orduya dəstək üçün səmimi yürüşünü təxribata çevirən qüvvələr dərhal cəzalandırılmalıdır. Xalqdan istifadə etmək olmaz. Həm də bu vəziyyətdə, belə həssas məqamda".