Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2020 04:30
"Sentyabrın 15-i tədris ili başlayır. Vakansiyalar peşəkar kadrlar tərəfindən tutulmalıdır. Bunun üçün da müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır".
Sonxeber.net demokrat.az-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.
Şöbə müdiri bildirib ki, yerdəyişmə müsabiqəsində 8 000-ə yaxın vakansiya çıxarılmışdı:
"Avqustun sonuna yaxın vakansiya seçimi mərhələsinin elan etməyi planlaşdırılıb. Düşünmürəm ki, say bu rəqəmdən aşağı olsun".