Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2019 15:32
"Keşlə" iyun ayının 20-dən etibarən təlim-məşq toplanışına başlayacaq.
Qol.az klubun saytına istinadən xəbər verir ki, Bakıda start götürəcək toplanışda komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. İlk yoxlama matçı iyunun 29-da olacaq. Rəqib hələlik məlum deyil.
Komandanın ikinci yoxlama matçı iyul ayının 5-də keçiriləcək. Kapital Bank Arenadakı yoxlama matçında rəqib “Sumqayıt” olacaq. İyulun 13-də "Keşlə" Zirə İdman Kompleksinin stadionunda "Zirə" ilə qarşılaşacaq. Dördüncü yoxlama matçı iyulun 24-də keçiriləcək. Rəqib hələlik məlum deyil.
.