Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞ PA-nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib

AŞ PA-nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib

Tarix: 17 Iyul 2020 20:18

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

Milli məclisdən Sonxeber.net-a bildirilib ki, AŞ PA prezidenti bildirib ki, bu məsələ AŞ PA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.

AŞ PA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞ PA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

Məktubda daha sonra qeyd edilir: "Tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırıram".


Etiketlər:  nın prezidenti Milli Məclisin sədri Sahibə Qafarovanın müraciətinə cavab verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ